Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, polkovnik, tarix elmləri doktoru Mehman Süleymanovun iki cildlik "Gülüstan müqaviləsi" kitabı işıq üzü görüb. "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitab XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları ərazisində, eləcədə, Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslərə həsr olunub.
1757 ildə Nadir şahın rəhbərlik etdiyi Əfşarlar dövlətinin süquta uğraması ilə Azərbaycan ərazisində yaranan müstəqil xanlıqlar, onların qarşılıqlı münasibətləri, hərbi-siyasi vəziyyətləri, yadelli işğalçılara qarşı mübarizələri və ümumiyyətlə 1813-cü ildə Gülüstan müqaviləsinin imzalanmasına kimi bölgədə baş verən proseslər, müqavilənin imzalanmasını şərtləndirən mürəkkəb tarixi hadisələr müəllifin əsas tədqiqat obyekti olmuşdur.
Əsər, Azərbaycan tarixinin göstərilən dövrünün öyrənilməsi, böyük dövlətlərin, konkret olaraq Rusiya, İran, Fransa və Böyük Britaniyanın bölgədə maraqlarının toqquşması, baş verən hərbi toqquşmaların səbəblərinin aydınlaşdırılması və həmin dövrün müfəssəl mənzərəsinin yaradılması baxımından olduqca əhəmiyyətlidir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab yazılarkən çoxsaylı rus və fars dilli mənbələrdən istifadə olunmuşdur.
Kitabdan dərslik vasitəsi kimi də istifadə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB