“Həyatını rəngləndir”

Quba Gənclər Mərkəzində gənc istedadların əl işlərindən ibarət "Həyatını rəngləndir" adlı sərgi açılib.SİA-nın verdiyi xəbərə görə, Azəraycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan sərgi 3 gün davam edəcək. Burada 50 gəncin 114 rəsm əsəri, 27 keramika nümunəsi və 20-dən artıq müxətlif toxuculuq nümunələri nümayış etdirilir. Açılış mərasimində bildirilib ki, layihənin gerçəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin əl işlərini geniş ictimaiyyətə tanıtmaq və onların peşəkar fəaliyyətə həvəsləndirməkdir. Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasında sonra ölkədə gənclərin ictimai fəallığının daha da artıdğını, mütamadi olaraq müxtəlif məzmunlu və əhəmiyyətli layihlərini gerçəkləşdiyini qeyd ediblər. Gənc rəssam Sadıq Məmmədov çıxış edərək qubalı gənclər İbrahim Orucov, Rəhman Əliyev və başqalarının əl işlərinin Çexiya, İsveç kimi Avropa ölkələrində müsabiqələrdə uğur qazandığını diqqətə çatdırıb. Açılışı mərasimindən sonra tədbir iştirakşıları sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə