Kaliforniyada Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq

Kaliforniyada Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq

Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək. Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur. Balet ilk dəfə 1952-ci ildə Qara Qarayev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə