"Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə" kitabının təqdimat mərasimi keçirilib
"Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası ilə birgə təşkil etdiyi tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə, Azərbaycan Müəllimlər İnistutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı, Bakı Dövlət Universitetinin "Sosial və pedaqoji psixologiya" kafedrasının müdiri Kamilə Əliyeva, media mənsubları və başqaları iştirak edib.
Tədbiri giriş sözləri ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda hər zaman maarifçilik və xeyriyyəçilik ideyaları, milli mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Onlar cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər. Bu baxımdan müasir dövrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. Kitabda birinci xanım Mehriban Əliyevanın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb. Kitabın elmi redaktoru və ideya müəllifi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı, elmi məsləhətçisi isə Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır. Bu dəyərli ikicildliyin Azərbaycanın müasir inkişafının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır".
Daha sonra çıxış üçün sözü Baş nazirin müavini Elçin Əfəndiyev alıb: "Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəklili Mehriban Əliyeva Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmir. Hazırda təqdim olunan "Mehriban Əliyeva: "tərəqqi və yüksəliş yolları ilə" ikicidlik kitab da bunu təsdiq edir. Sözügedən kitabla artıq beynəlxalq nüfuz qazanmışıq".
Qeyd edək ki, tədbir mərasim iştirakçılarının çıxışı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB