“Mərhəmət elçisi” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

“Mərhəmət elçisi” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

"Nərgiz" Nəşrlər Evində "Mərhəmət elçisi" jurnalının ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olmuşdur. Tədbirdə akademik Teymur Bünyadov Ulu Öndərin Azərbaycanda siyasi fəaliyyətə başladığı gündən ölkəmizdə iqtisadi, mədəni, elmi və digər sahələrdə böyük irəliləyişlərin əldə olunduğunu, respublikamızın beynəlxalq aləmdə sivil ölkələrdən biri kimi tanıdığını söyləmişdir.

Çıxış edənlər vurğulanmışlar ki, müstəqil Azərbaycan məhz dahi siyasətçi Heydər Əliyevin arzularının, ideyalarının bariz ifadəsidir.

Qeyd edilmişdir ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Əməkdar Artist Eldost Bayram ümumilli lider Heydər Əliyevə həsr olunmuş şerləri səsləndirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə