“Vətənim mənim” sənədli filmin təqdimatı keçirilib

“Vətənim mənim” sənədli filmin təqdimatı keçirilib

Oğuz rayon Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyi, Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə, Oğuz rayonunda böyüyüb boya-başa çatmış, Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov haqqında "Salnamə" studiyasında rejissor Kəmalə Musazadənin çəkdiyi "Vətənim mənim" sənədli filmin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Y.Naxçıvanski, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı A.Sultanzadə, Səfərbərlik və Hərbi Çağırış Xidməti Oğuz rayon bölməsinin rəis müavini M.Atakişiyev, "Oğuz yurdu" qəzetinin redaktoru N.Hüseynli, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova və başqa ziyalılar, qəhrəmanın oğlu R. Rəhimov çıxış etmiş, tədbirin əhəmiyyətindən danışmış, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğunu, ehtiramla anıldığını qeyd ediblər.

Qeyd edək ki, sonda filmin nümayişi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə