Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin "Gəncliyimizi qoruyaq" devizi altında 17 – 21 iyun Narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində Bakı Uşaq Teatrı 2 tamaşa ilə çıxış edib. SİA-ya verilən məlumata görə, Əbilov adına mədəniyyət evində müəllifi Arzu Soltan, rejissoru İntiqam Soltan olan "Tamaşa" mono tamaşası ilə çıxış edən teatr il boyu bu mövzuda apardığı maarifləndirmə kompaniyasını mövsümün sonuna qədər davam etdirib.
İl boyu 150 –yə yaxın tamaşa oynayan teatr 12-ci teatr mövsümünün son tamaşasını Şüvəlan mədəniyyət evində nümayiş etdirib. Bu narkomaniya və QİÇS-ə qarşı mübarizədə Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınmış və 80 layihə arasında ilk üçlüyə düşmüş, narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun tamaşası oldu. Tamaşa demək olar ki, Azərbaycanın bütün rayonlarında, eləcə də universitet və kolleclərində nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB