Məşhur aktyor ilkə imza atdı FOTOLAR

Məşhur aktyor ilkə imza atdı FOTOLAR

"Sənə inanıram" və "Muradına çatan Günəş" seriallarından tamaşaçıların yaddaşında "Həmid" və "Murad" kimi qalan, kinoaktyor və rejissor, Ruslan Sabirli sosial şəbəkələrdən birində, yalnız tanınmışlara verilən "Rəsmi Səhifə" statusunu alan ilk azərbaycanlı olub. Bu barədə SİA-ya aktyorun özü məlumat verib: "Həmişə müsahibələrimdə qeyd etmişəm ki, sosial şəbəkələrdən istifadə edirəm və yaradıcılığımı sevən insanlarla ünsiyyətdə olmaq, onların fikirlərini bilmək mənim üçün önəmlidir. Onlara daha bir şad xəbərim var. Artıq onlar məni sosial şəbəkələrdə digər, əsl olmayan hesablarla səhv salmayacaqlar. Eləcə də "Siz həqiqətən Ruslan Sabirlisiniz?", "Bu həqiqətən sizin profilinizdir?" və s. kimi suallarla müraciət etmələrinə ehtiyac olmayacaq. Məsələ burasındadır ki, bu günə qədər yalnız, Instagram, Facebook, Youtube və Twitter hesablarım var idi. Lakin, artıq bu siyahıya Odnoklassniki saytını da əlavə etdim. Saytın administrasiyası səhifəmə tanınmış və məşhur insanlara təqdim etdikləri "Rəsmi Səhifə" (adın qarşısında işarələnmiş mavi rəngdə dairə) statusunu verdi. Bu status həmin səhifənin həqiqətən məhz mənə məxsus olduğunu təsdiq edir və bildiyim qədəri ilə, Azərbaycandan belə bir statusu alan ilk tanınmış insanam. Odur ki, məni sevənləri odnoklassniki.ru saytındakı profilimə abunə olmağa dəvət edirəm və ümid edirəm ki, yaxınlarda həmçinin Instagram, Facebook, Youtube, Twitter və Google+ administrasiyaları da belə bir addım atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə