Radmila Karaklaiç Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib FOTOLAR

Radmila Karaklaiç Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib FOTOLAR

Azərbaycanda səfərdə olan Yuqoslaviyanın və Serbiyanın xalq artisti Radmila Karaklaiç Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə güllər düzüb. SİA-nın məlumatına görə, R.Karaklaiç görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmış, məzarı üzərinə güllər qoyub.

R.Karaklaiç zəmanəmizin böyük musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin də xatirəsini anmış, məzarı üzərinə tər çiçəklər qoyub.

Yuqoslaviyanın və Serbiyanın Xalq Artisti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə çiçəklər düzüb.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə