Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin "Kişi və qadın" komediyasının məşqlərinə start verilib. Yazıçısı, ssenari müəllifi, dramaturq Əli Əmirli SİA-ya açıqlama verərək dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edən lirik komediyanın qurluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədov olduğunu bildirib: "Əsas rollarda teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədova məşğuldurlar. Baş rollardan birini teatrın direktoru Saqif İskəndərov ifa edir".
Qeyd edək ki, ilk tamaşa cari teatr mövsümünün sonuna nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB