Daşkənddə Respublika günü qeyd olunub FOTO

Daşkənddə Respublika günü qeyd olunub FOTO

28 may - Respublika günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddəki "Redission" otelində təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Özbəkistanın Baş Nazirinin müavini Batır Zakirov, Özbəkistanın dövlət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, elm, mədəniyyət xadimləri, nüfuzlu şəxslər, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Bayram tədbirini giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri cənab Hüseyn Quliyev Azərbaycan Demokratik Cümhuriyyəti haqqında danışmış və bu Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanın əldə etdiyi uğurlar barədə məruzə edib. Səfir Azərbaycan Respublikası qarşısında bu gün yeganə problemin Azərbaycan-Ermənistan, bütün bunlara baxmayaraq Azərbaycanın problemin sülh yolu ilə həllinə sadiq Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib. Ermənistanın Azərbaycana təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu qeyd edib.

Qeyd edə ki, daha sonra Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan mədəniyyəti və turizmini özündə əks etdirən video material nümayiş etdirilib və qonaqların şərəfinə ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə