İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. SİA-nın məlumatına görə, bu münasibətlə Mərkəzi Elmi Kitabxana sərgi təşkil etmişdi. Sərgidə İlyas Əfəndiyevin əsərləri, haqqında yazılmış kitablar, bibloqrafik göstərici, həyat və fəaliyyətini əks etdirən virtual görüntülər, fotoşəkillər, nümayiş etdirilib.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, ədəbiyyat institutunun şöbə müdirləri və əməkdaşları sərgi ilə yaxından tanış olublar. Sərgidə nümayiş etdirilən kitablar tədbir iştirakçılarının böyük marağına səbəb oldu və onlar yubiley tədbirinin əyaniliyinə səbəb olan belə bir sərgi təşkil etdiyinə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB