Bakı Uşaq Teatrı "Günahsız günahkarlar" adlı yeni tamaşa hazırlayıb. Teatrdan SİA-ya verilən məlumata görə, müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır. Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? Bütün bunlar "Günahsız günahkarlar" tamaşasının əsasını təşkil edir
Qeyd edək ki, tamaşanın premyerası mayın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB