Muzeylər belə təşəkkür edir FOTOLAR

Muzeylər belə təşəkkür edir FOTOLAR

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində "Muzey təşəkkür edir" sərgisinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Muzey təşəkkür edir" adlı tədbirdə 2013- 2014-cü ilin I yarısında muzeyə köməklik göstərmiş təşkilat və fərdi şəxslərə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.

Tədbirdə muzeyin direktoru Nailə Vəlixanlı açaraq göstərilən müddət ərzində muzeyə bir sıra Azərbaycan vətəndaşları tərəfindən tarixi əhəmiyyət kəsb edən əşyalar, sənədlər, fotoşəkillər hədiyyə olunduğuna, muzeydə keçirilən ictimai-siyasi tədbirlərin hazırlanmasında təşkilati köməklik göstərənlərə təşəkkürünü bildirib.

Daha sonra Arxeoloji eksponatları muzeyə hədiyyə etdiyinə görə, Arxeologiya və etnoqrafiya institutunun aparıcı elmi işçisi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayevə, Arxeoloji Tədqiqatlarda Muzey əməkdaşlarını cəlb etdiyinə görə, Arxeologiya və etnoqrafiya institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədova, Milli Azərbaycan Tarixi Muzeyində H.Z.Tağıyev klubunun fəaliyyətindəki səylərə görə, Xətai rayon 55 saylı məktəbin direktoru Vahid Dəmirovaya, "20 Yanvar – hüzün və qürur günümüz" tədbirin təşkilində fəallığına görə, 71 saylı məktəbin direktoru Mahirə Qocayevaya, Heydər Əliyevin 91-ci ildönümünə həsr olunan tədbirin təşkilində fəallığa görə, İlahə Əfqanlıya, Kənan Bağırova, İlkin Həşimova, Yasəmən İbrahimovaya, Nigar İbrahimovaya, Günay Yusifovaya təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, sonda qonaqlar Muzeyin rəhbərliyi ilə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə