Nəriman Əmiraslanov beynəlxaq festival və müsabiqələrdə iştirak edəcək
G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov "İstedadlı pianoçular orkestr ilə" adlı ustad dərsləri və orkestr ilə konsertdən ibarət festivalda iştirak edəcək. SİA-nın məlumatına görə, festival mayın 17-dən 26-dək İtaliyanın "Pianofriends" Assosiasiyası tərəfindən Milan şəhərində keçiriləcək.
Qeyd edək ki, Nəriman Əmiraslanov mayın 19-dan 24-dək İtaliyanın Barlassina şəhərində reallaşacaq "Gənc istedadlar orkestr ilə" Beynəlxalq müsabiqəsində iştirak etməyə dəvət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB