“Azərbaycanfilm”dən “Əsgərin şücaəti” adlı yeni film

“Azərbaycanfilm”dən “Əsgərin şücaəti” adlı yeni film

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası yeni bədii filmin çəkilişlərinə start verib. SİA-nın məlumatına görə, "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi "Əsgərin şücaəti" 2014-cü ilin ilk filmi olacaq.

Ekran əsərinin rejissoru "Əlavə təsir" və "Dolu" filmlərindən sonra daha da məşhurlaşan rejissor Elxan Cəfərov, ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayevdir.

Qeyd edək ki, "Əsgərin şücaəti" filminin çəkilişləri Belarusun Brest şəhərində start götürüb. Filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları ilə yanaşı, Pantomim Teatrının aktyoru, "Çölçü" filmi ilə tanınan Bəhruz Vaqifoğlu da rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə