Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Məhəbbət tanqosu" baletinin premyerası olacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq Artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim ediləcək.
Tamaşada əsas partiyaları Azərbaycanın xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, Əməkdar Artist Samir Səmədov və Veronika Arazova ifa edəcəklər.
Qeyd edək ki, yeni baletin baxımlı kostyum və dekorasiyaları, gözəl musiqisi və zəngin xoreoqrafiyası heç şübhəsiz ki, tamaşaçılar tərəfindən bəyəniləcək və onların xatirəsində silinməz izlər buraxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB