Xanım Qafarova səhhətindən danışdı

Xanım Qafarova səhhətindən danışdı

Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın səhhəti yenidən pisləşib. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Hazırda müalicəmi ev şəraitində davam etdirirəm. Ağrılarım da olur. Səbəb isə imunitetimin zəif olmasıdır. Səhər qanım çox aşağı düşdüyünə görə, həkimə getdim və mənə qan köçürüldü. İndi şükürlər olsun ki, yaxşıyam. Onu da deyim ki, səhhətim normal olmadığı üçün işlərimin başına qayıda bilmirəm. Nə zaman dönəcəyim isə hələlik, məlum deyil. İnşaallah sağalıb tamaşalarımla sevənlərimin qarşısına çıxacam"

Qeyd edək ki, əməkdar artist Xanım Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat olunub. Əməliyyatdan sonra süd vəzilərindən məhrum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə