Bu günün tarixi

Miladi: 24 aprel 2014

Hicri: 14 Cəmadiyəlaxır 1435

İlin 114-cü günü

İlin sonuna 251 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:31

Günəş – 06:48

Zöhr – 13:42

Əsr – 18:04

Məğrib – 20:43

İşa – 22:10

1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (indiki Ermənistan-Türkiyə sərhədi) birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.

1920-ci ildə Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri seçildi.

1938 – Xalq artisti Həsənağa Turabov anadan olub.

1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın döv-

lət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı.

2004 – Kiprdə referendum keçirildi.

2007 – Rəcəb Tayyib Ərdoğan Abdullah Gülü prezidentliyə namizəd olaraq göstərdi.

2009 - Əşrəf Mehdiyev vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə