“İblis” pyesi Türkiyədə səhnəyə qoyulacaq

“İblis” pyesi Türkiyədə səhnəyə qoyulacaq

Türkiyənin İstanbul Şəhər Bələdiyyə Teatrı növbəti mövsümdə Hüseyn Cavidin "İblis" pyesini səhnəyə qoymağı planlaşdırır. SİA-nın verdiyi xəbərə görə, "İblis" pyesinin Türkiyədə səhnəyə qoyulması dahi ədibin yaradıcılığını beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır.

Bu il həm də "İblis" faciəsinin ilk dəfə kitab şəklində nəşr olunmasından 90 il ötür. İstanbul Şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru olan azərbaycanlı aktrisa Məlahət Abbasovanın bu əsərin səhnəyə qoyulmasında böyük rolu var.
İstanbul Şəhər Bələdiyyə Teatrında H.Cavidin yaradıcılığına ilk dəfədir ki, müraciət olunur. Şübhə yoxdur ki, bu əsər türk tamaşaçısı tərəfindən böyük maraqla qarşılanacaq.

Qeyd edək ki, bu yaxınlarda Hüseyn Cavidin külliyyatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilmiş və həmin kitabın vaxtilə Hüseyn Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə