Azərbaycan rejissoru Şamil Əliyevin "Çölçü" filmi daha bir Beynəlxalq festivala dəvət alıb. SİA-nın məlumatına görə, festival bu il iyulun 11-dən 19-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcə.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
"Çölçü" filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur.
Qeyd edək ki, "Çölçü" bədii filmi indiyədək 19 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş müxtəliflara və diplomlara layiq görülüb. Bu ekran 2013-cü ilin "Humay" Milli Mükafatı alıb. Film 86-cı "Oscar" Mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB