Aleksey Rıbnikovun teatrı "Buratino" müziklini nümayiş etdiləcək. SİA-nın verdiyi xəbərə görə, Rusiya Federasiyasının xalq artisti Aleksey Rıbnikovun rəhbərliyi altında ərsəyə gələn "Buratino" müzikli yaşından asılı olmayaraq hər kəs üçün nəzərdə tutulan ailəvi tamaşadır.
Tamaşaçılar Aleksey Rıbnikovun məşhur kinofilmdəki sevilən və tanınan melodiyalarından zövq alacaqlar.
Müziklin müəllifləri Aleksey Rıbnikov və şair Yuri Entindir.
Qeyd edək ki, "Buratino" tamaşası iyunun 1-də Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB