Avropa film festivalı çərçivəsində Azərbaycan filmləri nümayiş etdiriləcək

Avropa film festivalı çərçivəsində Azərbaycan filmləri nümayiş etdiriləcək

Avropa Azərbaycan Cəmiyyəti Parisdə keçirilən IX Avropa ətrafında Avropa (L’Europe autour de l’Europe) film festivalı çərçivəsində iki qısametrajlı filmimizin nümayişini təşkil edəcək. SİA-nın məlumatına görə, martın 17-də festival çərçivəsində Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru" və Elmar İmanovun "Tabutçunun yelləncəyi" qısametrajlı filmləri göstəriləcək.
Nümayişin "sual və cavab" bölməsində (Q&A session) rejissor Elman İmanov iştirak edəcək.
Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru" filmi yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapıb.
Elmar İmanovun "Tabutçunun yelləncəyi" filmində təsvir olunan Yaqub əqli və fiziki imkanları məhdud olan oğlu Musanın xəstəliyinə sadəcə dözür, ona qarşı sevgisi yoxdur. Lakin bu vəziyyət həkimin Musanın ağır xəstə olduğu, yaşamasına çox az qaldığı xəbərini verəndən sonra dəyişir.

Qeyd edək ki, martın 12-dən, aprelin 13-dək davam edəcək festivalda 36 ölkədən 63 bədii və 36 qısametrajlı film nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə