Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək. SİA-nın məlumatına görə, bu əlamətdar gün münasibətilə martın 18-də Nəsimi rayon MKS-nin mərkəzi kitabxanasında "Səməni saxla məni" adlı tədbir, 1, 2, 4 nömrəli filiallarında isə oxucularla "Novruz uğur ayıdır", "Ulu keçmişimizdən yadigar qalan bahar bayramı", "Novruz Azərbaycanın milli bayramıdır" mövzularında söhbətlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB