Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində "Gənclər arasında aşıq festivalı" adlı layihə həyata keçiriləcək. SİA-nın məlumatına görə, layihənin rəhbəri Lətafət Mürsəlovadır.
Təqdimat mərasimində layihə rəhbəri Lətafət Mürsəlova çıxış edərək Sumqayıt şəhərində yaşayan gənc aşıqlar bir araya gələcək və onların iştirakı ilə aşıq festivalı reallaşacağını bildirib: "Festivalın məqsədi istedadlı gənc saz ifaçılarını aşkarlayaraq üzə çıxartmaqdır. Festivalı həyata keçirməklə əsas vəzifəmiz gənc saz ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin aşıq sənətinə olan marağını daha da artırmaqdan ibarətdir".
Qeyd edək ki, festival mart ayının ikinci ongünlüyündə Şumqayıt şəhərində baş tutacaq.

.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB