Heydər Əliyev Mərkəzi dünyanın ən möhtəşəm binaları sırasındadır

Heydər Əliyev Mərkəzi dünyanın ən möhtəşəm binaları sırasındadır

"CNN" telekanalının saytında yerləşdirilən məqalədə dünyanın ən möhtəşəm mədəniyyət mərkəzlərinin siyahısının açıqlandığı qeyd edilib. SİA-nın məlumatına görə, siyahını açıqlayan "Emporis" tikinti məlumat şirkəti Bakıdakı Heydər Əliyev Mərkəzini də dünyanın ən qeyri-adi tikililəri sırasına daxil edib.

Bildirilir ki, binanın dalğavarı formada olması və yerləşdiyi ərazi ilə vəhdət təşkil etməsi Mərkəzin memarlıq üslubunun özünəməxsusluğunun bariz nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə