Britaniyanın Solford şəhərində yaşayan 25 yaşlı Kimberli Berrouzun bir gözü tam görmür, ikincisi isə bir obyektə maksimum 20 dəqiqə fokuslana bilər. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, buna baxmayaraq qız özünü əlil saymır və boş vaxtlarında rəsm çəkməklə məşğul olur. Belə ki, Kimberlinin yaradıcılığı yaxın zamanda yüksək qiymətləndirilib. O, Kral Milli Gözdən Əlillər İstitutu (RNIB) xeyriyyə təşkilatı tərəfindən 2014-cü ilin ən yaxşı illüstrasiya rəssamı sayılıb.
Qeyd edək ki, qızın arzuları da artıq yerinə yetirilməyə başlayıb. O, Maykl Bondun kitabının qəhrəmanı olan ayı balası Paddinqtonun illüstrasiyasını çəkməklə bağlı sifariş alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB