Aprel ayının əvvəllərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan vilayəti və Kalmıkiya Respublikasına qastrol səfəri edəcək. SİA-nın verdiyi xəbərə görə, 3 teatr direktorları arasında imzalanmış yaradılıcıq müqaviləsinə əsasən həyata keçiriləcək qastrol səfərində kollektiv M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah", Y.Şvartsın "Qırmızı papaq" və R.Ağayevin "Bir gecənin nağılı" tamaşaları ilə çıxış edəcək.
Aprel ayının 8-9 tarixlərində Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri, aprel ayının 11, 12 və 13-də Kalmıkiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında davam edəcək.
Nəzərinizə çatdıraq ki, "Azərbaycan teatrının inkişaf etdirilməsi haqqında" ölkə başçımızın təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına, Azərbaycan və Rusiya Federasiyası Həştərxan vilayəti Mədəniyyət Nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlığa dair sazişə əsasən ötən ilin sentyabr-oktyabr aylarında Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan vilayəti və Kalmıkiya Respublikasının Elista şəhərində qastrol səfərində uğurla danışıb, daha sonra noyabr ayında isə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda səfərdə olmuş və teatrımızın səhnəsində çıxış edib.
Sözügedən müqaviləyə əsasən 2012-c ilin mart ayında isə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı ölkəmizin qonağı olmuş və 2 müxtəlif tamaşa ilə teatrımızın səhnəsində çıxış edib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivinin Kalmıkiya Respublikasına növbəti səfəri bu dəfə Kalmıkiya Respublikası rəhbərliyi tərəfindən təklif olunub. Bu ilin may ayında Kalmık Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq, 2 tamaşa ilə çıxış edəcək.
Azərbaycan-Rusiya teatrlarının yaradıcılıq əlaqələrinin davamı olaraq bu ilin sentyabr - oktyabr aylarında Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi Boris Manciyev Dövlət Gənc Tamaşaçılar Teatrında Jorj Feydonun "Qadın dərzisi" komediyasına quruluş verəcək.
Qeyd edək ki, sözügedən qastrol səfərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB