Miladi: 12 fevral 2014
Hicri: 12 rəbiul axir 1435
İlin 43-cü günü
İlin sonuna 322 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:29
Günəş – 07:40
Zöhr – 12:58
Əsr – 16:10
Məğrib – 18:23
İşa – 19:41
1502-ci ildə Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb.
1768-ci ildə Avstriya İmperiyasının imperatoru II Frans dünyaya gəlib.
1804-cü ildə alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri İmmanuel Kant vəfat edib.
1809 - ABŞ prezidenti Avraam Linkoln anadan olub.
1818-ci ildə Çili müstəqillik əldə edib.
1911-ci ildə Azərbaycanın xalq artisti tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov dünyaya gəlib.
1915-ci ildə Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanov dünyaya gəlib.
1920 - Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb.
1923-cü ildə Şair İslam Səfərli anadan olub.
1924-ci ildə İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılıb.
1931-ci ildə Rusiya İmperator ordusunun artilleriya generalı Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli hərbi xadimi Səməd bəy Mehmandarov vəfat edib.
1933-cü ildə Azərbaycanın əməkdar rəssamı heykəltəraş Elmira Hüseynova anadan olub.
1940-cı ildə Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Bahadır Vəlibəyov Stalin repressiyalarının qurbanı olub.
1946-cı ildə Türk müğənni Ajda Pekkan anadan olub.
1957-ci ildə Rəssam. Rəssam Assistenti. Rejissor. Geyim Rəssamı Adil Azay dünyaya gəlb.
1964-cü ildə Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli anadan olub.
1990 - Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib.
1992 - Monqolustanın Dövlət bayrağı yaradılıb.
2002 - Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb.
2009 - Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb.
2010-cu ildə Gürcüstan idmançısı. Nodar Kumaritaşvili vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB