Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının 55 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, yubiley tədbirinin təşkilatçısı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsidir.
İlk olaraq tədbiri günün səbəbkarı Şəmistan Əlizamanlı açaraq tədbiri təşkil edənlərə və bura gələnlərə dərin minnətdarlığını bildirib: "Belə soyuq havaya baxmayaraq sizlər məni bu gün tək qoymadınız. Mənə göstərilən diqqət və qayğıya görə, dövlət başçımız cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək səbəbkarı yubileyi münasibəti ilə təbrik edib: "Şəmistan Azərbaycan musiqisinə yeni nəfəs verib. Ona həm yaradıcılığında, həm də şəxsi həyatında uğurlar arzulayıram. Onu deyim ki, Şəmistanın səsi Xankəndini işğaldan azad etmişdir".
Daha sonra xalq şairi Nəriman Həsənzadə də söz alaraq Şəmistan Əlizamanlının qeyri-adi inasan olduğunu zalda əyləşənlərin diqqətinə çatdırıb: "Şəmistanın səsini dinləyən şəxs qeyri-iradi ayağa qalxır. O, sanki səsi ilə inasanları, bütün ordunu ayağa qaldırır. Bizlər bəzən xoş sözlər deməkdə xəsislik edirik. Ancaq bu cür şəsiyyətlərə daim diqqət və gözəl münasibət göstərmək borcumuzdur. Şəmistan kimi səsə, görünüşə malik insanı nə üçün filmlərə, tetrlara dəvət etmirlər bunu da anlaya bilmirəm. Mənim yazdığım "Sözü tara verin" kitabını da bu gün Şəmistana hədiyyə edirəm".
Qeyd edək ki, sonda Şəmistan Əlizamanlıya aid video çarx təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB