30 yanvar-2 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2014" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. SİA-nın məlumatına görə, həmçinin sərgidə ölkəmizdə fəaliyyət göstərən 6 turizm şirkəti, "Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel" və 4 mehmanxana, "Rixos Quba Azerbaijan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Təbriz hotel" iştirak edir.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 70 kv.m sahədə lövhə quraşdırılmış və lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, "EMİTT" Beynəlxalq Turizm Sərgisində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB