Azərbaycan Dövlət Xor Kapellası geniş konsert proqramı təqdim edəcək. SİA-nın məlumatına görə, bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovanın olacağı konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının operalarından parçalar ifa ediləcək.
Nəzərinizə çatdıraq ki, konsertin xormeysteri Yulizana Kuxmazova, konsertmeysterləri Tofiq Şıxıyev və Aslan Aslanov, solistlər əməkdar artistlər Zemfira İsmayılova (soprano) və Səbinə Əsədovadır (metso-soprano).
Qeyd edək ki, konsert yanvarın 29-u saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB