Miladi: 16 yanvar 2014
Hicri: 15 rəbiul əvvəl 1435
İlin 16-cı günü
İlin sonuna 349 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:47
Günəş – 08:02
Zöhr – 12:53
Əsr – 15:39
Məğrib – 17:51
İşa – 19:12
1547 — Rus çarı IV İvan (İvan Qroznı) taxta çıxıb.
1778 — Fransa ABŞ-ın müstəqilliyini tanıyıb.
1804 — Fransız fizik Key Lüssak hidrogen balonu ilə 7016 metr yüksəyə qalxıb. Bu rekord 50 il dəyişməz qalıb.
1901 — Kuba diktatoru Fulqensio Batista dünyaya gəlib.
1920 — ABŞ-da "Quru qanun" qüvvəyə minib. Qanunla spirtli içkilər istehsal etmək, satmaq və qəbul etmək qadağan edilib. Yeni qanunun qüvvəyə minməsi ilə ölkədə cinayətkarlıq, xüsusən də qaçaqmalçılıq və kustar içki istehsalı artıb.
1920 — Parisdə Millətlər Cəmiyyətinin birinci iclası keçirilib.
1944 — Türkoloq Aydın Məmmədov anadan olub.
1948 — rejissor Con Karpenter anadan olub.
1956 — Misir müstəqillik əldə edib.
1969 — SSRİ-nin "Soyuz 4" və "Soyuz 5" kosmik raketləri tarixdə ilk dəfə kosmosda birləşib.
1970 — Kanadada metrik sistemə keçilib.
1970 — Qəddafi Liviyada baş nazir və müdafiə naziri vəzifələrini öz əlində cəmləşdirib.
1973 — "Luna 21" kosmik stansiyası Ay səthinə uğurlu eniş edib.
1979 — Sonuncu şah Məhəmməd Rza pəhləvi İranı tərk edib, ölkəni idarə etmək Şapur Bəxtiyara həvalə edilib.
1992 — Suriya Azərbaycanın müstəqilliyini tanıyıb
1998 — Nəcməddin Ərbakanın rəhbərlik etdiyi "Rifah Partiyası" bağlanıb.
2001 — Konqo prezidenti Loren Dezire Kabila öz sarayında qətlə yetirilib.
2002 — BMT Təhlükəsizlik Şurası Bin Laden və Talibanın hesablarını dondurub
2002 — Türkdilli ölkələrin mədəniyyət nazirlərinin daimi Şurası – TÜRKSOY-un 15-ci toplantısı Bakıda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB