"Əlillər Dünyası" qəzetinin və "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin 300 nəfər üzvləri, əməkdaşları və onların ailə üzvləri xüsusi olaraq fiziki qüsurlu insanlar üçün Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil olunan konsertə dəvət olunublar. SİA-nın məlumatına görə, konsertdə Muğam Müsabiqəsinin qalibləri Ehtiram Hüseynov və Vəfa Vəzirova öz mahir ifaları ilə tamaşaçılara gözəl anlar bəxş ediblər.
Nəzərinizə çatdıraq ki, konsertə İctimai Birliyin respublikamızın müxtəlif bölgələrində yaşayan üzvləri gəliblər.
Qeyd edək ki, "Əlillər Dünyası" qəzeti və "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi tərəfindən tez-tez təşkil edilən bu səpkili mədəni-kütləvi tədbirlər fiziki qüsurlu insanlarda xoş əhval-ruhiyyə yaratmaqla, onların həyata inteqrasiyasına müsbət təsir göstərir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB