Said Sultan Albusaid: "İstərdim ki, bütün dövlətlər bu Konvensiyaya qatılsın"

Said Sultan Albusaid: "İstərdim ki, bütün dövlətlər bu Konvensiyaya qatılsın"

Mən istərdim ki, bütün dövlətlər bu Konvensiyaya qatılsın. Bu sözləri YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası iclasında SİA-ya Oman Sultanlığının nümayəndəsi Said Sultan Albusaid məlumat verib.

Oman Sultanlığının nümayəndəsi Azərbaycanın çox gözəl ölkə olduğunu xüsusi qeyd edib: "Mən Azərbaycan haqqında yalnız Xəzər dənizi və azərbaycanlıların folklorlarını bilirdim. Ancaq burda olandan sonra ölkənizin mədəniyyətə göstərdiyi diqqət də nəzərimizdən yayınmadı. İclasa gəldikdə isə bu konvensiyada bir çox dövlətlər iştirak edir və öz təklifərini irəli sürüb sənədlərin qəbul olunmasına çalışırlar. Onu da deyim ki, sözügedən konversiyaya 105 ölkə qatılmayıb. Bizim əsas istəyimiz bütün dövlətlərin burada tam iştirak etməsindən ibarətdir. Bu cür Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyanı bütün ölkələrə lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə