Bu günün tarixi

Miladi: 22 noyabr 2013

Hicri: 17 Məhərrəm 1435

İlin 325-ci günü
İlin sonuna 40 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:20
Günəş – 07:34
Zöhr – 12:31
Əsr – 15:22
Məğrib – 17:34
İşa – 18:54

1497 — Səyyah Vasko da Qama Ümid burnuna çatıb.

1881 — Türk sərkərdəsi Ənvər Paşa anadan olub.

1890 — Fransanan 18-ci prezidenti fransız general və siyasətçisi Şarl de Qoll anadan olub.

1916 — Amerika yazıçısı Cek London vəfat edib.

1918 — Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ADR Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

1918 — Polşa Respublikası elan edilib.

1922 — Azərbaycan bəstəkarı Fikrət Əmirov anadan olub.

1922 — Azərbaycan yazıçısı Hüseyn Abbaszadə anadan olub.

1927 — İran Fars körfəzindəki Bəhreyn adalarına iddia edib.

1933 — Azərbaycan kinorejissoru Rasim Ocaqov anadan olub.

1938 — Azərbaycan aktyoru Həsən Məmmədov anadan olub.

1943 — Ruzvelt, Çörçil və Çan Kay Şi Qahirədə Yaponiyaya qarşı hücum planını razılaşırlar.

1943 — Livan müstəqilliyini elan edib.

1947 — İran parlamenti SSRİ ilə imzalanmış neft müqavilələrini ləğv edib.

1949 - Azərbaycan Respublikasının Sumqayıt şəhərinin yaranma günü.

1950 — Azərbaycan bəstəkarı Cavanşir Quliyev anadan olub.

1955 — SSRİ ilk dəfə "RDS-37" adlı hidrogen bombasını sınaqdan keçirib.

1960 — İlk "Zaporojes" avtomobili konveyerdən çıxıb.

1963 — Con Kennedi vəfat edib.

1968 — Türkiyədə ilk dəfə ürək transplantasiyası həyata keçirilib.

1972 — Prezident Riçard Nikson Amerika vətəndaşlarının Çinə getməsini qadağan edən qanunu ləğv edib.

1977 — "Kankord" səsdənsürətli sərnişin təyyarəsinin Vaşinqton aeroportuna enməsinə rəsmən icazə verilib.

1989 — Müstəqillik bayramı zamanı təşkil edilən terror aktı nəticəsində Livan prezidenti Röne Muavad və onun əhatəsindəki 11 nəfər həlak olub.

1990 — 11 illik hakimiyyətdən sonra Böyük Britaniyanın Baş Naziri Marqaret Tetçer istefa verib.

1995 — Azərbaycan Respublikası Yamayka ilə diplomatik əlaqələr qurub.

2003 — Eduard Şevardnadze əleyhdarları Gürcüstan parlamentinə basqın etmişdir. Şevardnadze ölkədə vəziyyətin gərgin olduğunu nəzərə alaraq fövqəladə vəziyyət elan edib.

2004 — Ukraynada "məxməri inqilab" başlayıb.

2005 — Angela Merkel Almaniyanın ilk qadın kansleri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə