Fərəc Qarayevin 70 illik yubileyi qeyd olunacaq

Fərəc Qarayevin 70 illik yubileyi qeyd olunacaq

Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, gecədə sənətkarın ömür yolu və zəngin yaradıcılığından söz açılacaq. Həmçinin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndiriləcək.

Nəzərinizə çatdıraq ki, orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevdir.

Qeyd edək ki, gecə noyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə