Azərbaycan YUNESKO iclasına sədrlik edəcək

Azərbaycan YUNESKO iclasına sədrlik edəcək

2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, Fransanın Paris şəhərində yerləşən YUNESKO-nun Baş Qərargahında 28 oktyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclası keçiriləcək. İclasda sözügedən tədbirin ilkin gündəliyinin və praktik məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın sədrliyi ilə əlaqədar olaraq, ölkəmizin nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasa sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə