Teatr kollektivi Prezidenti təbrik etdi

Azərbaycan Dövlət Musiqili Teatrın kollektivi Prezident seçkilərində uğur qazanan İlham Heydər oğlu Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Sizi yenidən Azərbaycanın ən ali kürsüsündə görmək bizi - Respublikanın bir əsrlik qocaman teatrının kolletivini ürəkdən sevindirdi. Sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, çətin, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Siz bu mübarizəni əzmlə və inamla qazandınız, çoxsaylı rəqiblərinizə siyasi yetkinliyiniz, yüksək liderlik qabiliyyətiniz, intellektual səviyyəniz, Vətənimizin azadlığı və bütövlüyü naminə arardığınız ardıcıl və məqsədyönlü səylərinizlə qalib gəldiniz. Biz əminik ki, bundan sonra da Azərbaycanımız dünyanın siyasi, iqtisadi və mədəni arenasında öz sözünü ucadan deyə, qazandığı nailiyyətləri inamla sərgiləyə biləcək. Dünyaya bir daha sübut edəcək ki, sizin kimi Prezidenti olan bir xalq yer üzündəki bütün dövlətlər və millətlərlə sülh, əmin-amanlıq şəraitində yaşamaq iqtidarındadır və bunun üçün əlindən gələni etməyə hazırdır.

Hörmətli cənab Prezident!

Ümummilli liderimiz, mədəniyyətimizin böyük dostu və hamisi Heydər Əliyevin layiqli varisi kimi Siz Azərbaycanda teatr sənətinin inkişafını həmişə diqqət mərkəzində saxlayır, ömrünü sənətə həsr edən istedadlı insanlara qayğı ilə yanaşırsınız. Biz bu qayğını və diqqəti bilavasitə hiss edən teatr kollektivlərindən biriyik. Bizim qocaman teatrımız məhz sizin göstərişiniz və birbaşa nəzarətiniz altında çox yüksək səviyyədə əsaslı surətdə yenidən qurulduqdan sonra öz qarılarını yaradıcı heyətin üzünə açdı. İnamla demək olar ki, indi biz artıq texniki imkanlarına və gözəl arxitekturasına görə Avroranın ən ararıcı teatrları ilə rəqabətə girə biləcək bir mədəniyyət məbədinə sahibik. İndi yaradıcılıq imkanlarımız daha genişdir. Memarı olduğunuz bu bina bundan sonra Azərbaycan Dövlət Musiqili Teatrı kimi fəaliyyətini davam etdirəcək.

Cənab Prezident!

Sizi əmin etmək istəyirik ki, bizə göstərdiyiniz bu yüksək etimadı doğrultmağa çalışacaq, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsi, gənc nəslin mənəvi-əxlaq dəyərlərinin zənginləşməsi, klassik irsimizin qorunması və təbliği sahəsində bundan sonra da yorulmadan səy göstərəcək, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə istedad və bacarığımızı əsirgəməyəcəyik.

Sizə bir daha uğurlar və yeni-yeni qələbələr arzulayırıq!"

Bütün xəbərlər Facebook səhifəmizdə