Dövlət Pantomim teatrının səhnəsində "Dejavü" adlı tamaşanın premyerası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tamaşanın əsas mövzusu kişi və qadındır.
Nəzərinizə çatdıraq ki, tamaşanın müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. "Dejavü" tamaşasının müəllifləri nəinki səhnə əsərini yazıblar, onlar həm tamaşaya quruluş verir, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.
Qeyd edək ki, "Dejavü" tamaşası 29 oktyabr saat 19:00-da Pantomima teatrında baş tutacaq. Biletlərin qiyməti isə 5 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB