British Council Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Teatr Əməkdaşlığı" layihəsi çərçivəsində "1927" teatr qrupu maraqlı tamaşa təqdim edir. SİA-nın verdiyi xəbərə görə, "Heyvanlar və Uşaqlar küçələrə çıxdılar" adlı tamaşa nümayiş olunacaq.
Nəzərinizə çatdıraq ki, canlı aktyor ifası ilə cizgi film parçalarının nümayişini özündə birləşdirən bu tamaşa zahiri orijinallığına görə Londonun "Battersea" İncəsənət Mərkəzində böyük uğur qazanıb. Tamaşada personajların əksəriyyəti animatorlar tərəfindən yaradılıb. Tamaşada "Qorxulu nağıllar", qara yumor yer alıb.
"Heyvanlar və Uşaqlar küçələrə çıxdılar" tamaşası Scotsman və Time Out nəşriyyatlarında müsbət rəylər alıb.
Qeyd edək ki, tamaşa 11 oktyabr-19:00, 12 oktyabr-14:00, 19:00-da ingilis dilində göstəriləcək və tərcümə ediləcək. Biletlərin qiyməti isə 6-11 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB