“Azərbaycan Prezidenti kuboku” beynəlxalq turniri keçiriləcək
Bakıda Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubu (KVN) komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turniri keçiriləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, turnirdə: "Rəislər", (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Москва), Bakı Yığması (Azərbaycan), KVN üzrə Kamızyak diyarının yığması (Həştərxan) və Triod və Diod (Smolensk) komandaları iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, tədbirin aparıcısı "AMİK" Televiziya Yaradıcılıq Birliyinin və "KVN" Beynəlxalq Birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov olacaq.
Qeyd edək ki, görüş oktyabrın 23-ü saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB