Sentyabr ayının 15-də Səməd Vurğun adına Rus Dram Teatrında mövsüm açılışı olacaq. SİA-nın verdiyi xəbərə görə, payız mövsümünə Valentina Reznikovanın "Maşa və ayı" tamaşası ilə start veriləcək. Həmçinin yeni mövsümün ilk ayında Nizami Gəncəvinin eyniadlı poeması əsasında "Yeddi gözəl" tamaşasının, Andrey İvanovun "Adaxlı çağırmısınız qızlar?" komediyasının premyeraları olacaq.
Nəzərinizə çatdıraq ki, sentyabr ayının 21-də Mark Kamolettinin "Ah, bu Anna" komediyası tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, sentyabr ayının sonlarında isə uşaqlar üçün Yekaterina Çernyakın "Gözəl Vasilisa" və Vladimir Neverovun "Nağılı tap!-2" tamaşaları nümayiş olunacaq.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB