Bakının mərkəzində kitablar ucuz qiymətə satışa çıxarılıb. SİA-nın verdiyi xəbərə görə, müxtəlif mövzulardan bəhs edən kitabları almaq üçün sözügedən məkana kifayət qədər oxucular toplaşmışdı. Nəzərimizdən yayınmayan digər məqam isə alıcılar arasında yaşlılarla birgə gənclərin də üstünlük təşkil etməsi olub. Onlarla söhbət əsnasında məlum oldu ki, yay tətili olmasından istifadə edərək gənclər boş vaxtlarında bədii kitablar oxumağa üstünlük verirlər.
Onu da deyək ki, texnologiya dövründə yaşamağımıza baxmayaraq, müəyyən kütlənin kitaba marağının olması təqdirəlayiqdir. Sevindirici hal odur ki, artıq yaşından asılı olmayaraq, hər kəs kitab oxumağa çalışır.
Qeyd edək ki, kitabların ucuz qiymətə satılması gəncləri sevindirib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB