Bu gün TÜRKSOY-a üzv olan ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçirilib. SİA-nın verdiyi xəbərə görə, toplantıda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Türkiyə, Qazaxıstan, Qırxızıstan, Başqırdıstan, Saxa Yakutiya teatrlarının direktorları, media nümayəndələri və başqaları iştirak edib.
Konfransi giriş sözü ilə açan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tədbir haqqında geniş məlumat verib: "Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurası 2011-ci ilin may ayında yaradılıb. Şuranın sədri olaraq isə məni seçiblər. Seçildiyim vaxtdan bu yana TÜRKSOY-la qarşılıqlı işlər görmüşük. Bir-birimizin mədəniyyətləri ilə yaxından tanış olmuşuq. Əlaqələrimiz daha da möhkəmlənib. Bizə bu işdə dəstək olan TÜRKSOY-a öz təşəkkürlərimi bildirirəm".
Daha sonra söz alan TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş bundan sonra da Azərbaycanla iş birliklərinin davam edəcəyinə ümid edir: "TÜRKSOY Azərbaycanla tanışlığımıza və möhkəm olmağımıza fürsət yaradır. Ümid edirəm ki, bundan sonra da sıx əlaqələrimiz olacaq. İş birliyimiz daha da möhkəmlənəcək".
Qeyd edək ki, toplantıda qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB