Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində bu gün teatr rəssamlarının əsərlərindən ibarət "Azərbaycan Teatrı 140" adlı sərginin açılışı olub. SİA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu il "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" Prezidentin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən teatr işçilərinin bayramı kimi qeyd olunur.
Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, sərgidə Azərbaycanın görkəmli teatr rəssamlarının müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalara çəkdikləri teatr eskizləri nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, sərgidəki əsərlər Cəfər Cabbarlı adına Teatr muzeyi, Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının Fondunda saxlanılan arxivdən götürülüb. Sərgidə rəssamlardan Ənvər Almaszadə, İsmayıl Axundov, Mikayıl Abdullayev, Elçin Aslanov və başqalarının sənət əsərləri nümayiş olunub.
Qeyd edək ki, 60-a yaxın eskizin nümayiş olunduğu sərgi iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB