“Azerbaijan Art Festival-2013”

Bu gün "Azerbaijan Art Festival-2013" adlı sərginin təntənəli açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu layihə təkcə Bakı şəhərini deyil, regionlarda yerləşən qalereyaları da əhatə edir.

Sözügedən layihənin əsas məqsədi səyyar sərgilər və ustad dərslər sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilikləri və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri dəstəkləyib üzə çıxarmaq, onlara dəstək verməkdir. Layihə turne şəklində qalereyaya malik rayonlar ərazisini əhatə edəcək ki, bu da öz növbəsində Azərbaycanda ilk bu tipli sərgilər olacaq.

Sərgidə turne boyunca regionlarda nümayiş etdiriləcək performans, heykəltəraşlıq əsərlər təqdim ediləcək. İyulun 7-dən başlayaraq Səlyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, Sumqayıq rayonlarının daxil olduğu layihə həmin regionlarda 3 günlük sərgi və incəsənətin müxtəlif növlərini əhatə edən rəssamlar tərəfindən ustad dərslərin keçirilməsini nəzərdə tutulur. Layihə çərçivəsindı region sakinlərinin hələ tanış olmadıqları, müasir incəsənətin yeni qolu sayılan performansların nümayişi də keçiriləcək. Performans plastik rəqslə tematik səhnəciyin birləşməsini özündə cəmləşdirəcək. O cümlədən, performansın iştirakçılarının bədənləri body art-la bəzədiləcək. Həmçinin burada bir sıra rəssamlar da iştirak edəcəklər.

Qeyd edək ki, festival çərçivəsində keçirilən bütün tədbirlər foto və video lentə alınacaq, daha sonra əldə olunan materiallar əsasında qısametrajlı film hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə