İsveçin Malmö şəhərində keçirilən "Eurovision- 2013" mahnı müsabiqəsinin qalibinin seçilməsinə az qalıb. SİA-nın məlumatına görə, qalibin seçilməsi üçün artıq səsvermə elan edildi. Səsvermə müddəti ərzində 26 ölkənin səhnə performansı efir qarşısında oturanlar üçün bir daha nümayiş olunub.
Məlumat üçün bildirək ki, yarışmada ifa edən ölkələr özlərinə səs verə bilməz. Bununla yanaşı, bir ölkə ancaq 20 ölkəyə səs verə bilər. 39 iştirakçı ölkənin televiziya tamaşaçıları xoşladıqları mahnıya ayrılan 15 dəqiqə ərzində səs verə biləcəklər.
Telesəsvermə hər ölkənin milli səslərinin 50%-ni təşkil edəcək, digər 50% hər bir iştirakçı ölkənin 5 nəfərdən ibarət ekspert münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Hər bir ölkənin toplanmış səsləri Eurovision sxemi üzrə ötürüləcək: 12 xal I ölkəyə, 10 xal II yerə və yerdə qalan 8-dən 1-ə kimi olan xallar 3-cü yerdən 10-cu yerə kimi layiq görülən ölkələrə veriləcək və bu xallar hər bir ölkənin aparıcısı tərəfindən canlı yayımda elan olunacaq. Bu il Azərbaycanın səslərini aparıcı Tamilla Şirinova təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Fərid Məmmədov "Hold Me" mahnısı ilə 20 nömrə altında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB