Builki Eurovision mahnı müsabiqəsinin II yarımfinalında yarışacaq ölkə təmsilçiləri Malmö Arenada ilk məşqlərini ediblər. SİA-nın məlumatına görə, təmsilçimiz Fərid Məmmədov şou səhnəsində 4-cü çıxış edərək, "Hold me" sevgi balladasını səsləndirib. Mahnının musiqisi Dimitrios Kontopoulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsusdur.
Məşqdən sonra yerli media nümayəndələri ilə ilkin təəssüratlarını paylaşan təmsilçimiz səhnəni və Malmö şəhərini çox bəyəndiyini söyləyib.
Məşhur rejissor Fokas Evangelinos təmsilçimizin səhnə quruluşunu hazırlayıb. Məşq zamanı səhnə dekorasiyasından bəzi fraqmentlər də göstərilib. Müğənnini səhnədə simvolik obrazları əks etdirən iki rəqqas müşayiət edib.
Xatırladaq ki, ölkə təmsilçimiz müsabiqənin mayın 16-da keçiriləcək ikinci yarımfinal şousunda səhnəyə 4-cü çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB