“Heydər Əliyev Vətənə qayıdış”

“Heydər Əliyev Vətənə qayıdış”

Bu gün "Heydər Əliyev Vətənə qayıdış" adlı sərgi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Asif Şirinov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, şair Azərbaycan Yazıçıları Birliyinin üzvü İlyas Tapdıq, 24 saylı Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, media nümayəndələri və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün dəyərli və layiqli şəxsiyyət olduğunu qonaqların diqqətinə çatdırıb.

Daha sonra tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətində "Naxçıvan dövrü"nü işiqlandıran fotoşəkillər nümayiş olunub. Sözügedən şəkilləri 2002-ci ildə muzeyə operator Aftandil Qurbanov təhvil verib.

Qeyd edək ki, sərgidə 24 saylı Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları tərəfindən bəddi musiqi kompozisiyası nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə